Azərbaycan Mərkəzi Bankı (AMB) noyabrın 13-nə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
AMB-dən SİA-ya verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi 1,7002 səviyyəsində müəyyən olunub.
Xatırladaq ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirakı ilə valyuta hərracı keçirilib. Hərracda manatın ortaçəkili məzənnəsi 1,7002 səviyyəsində formalaşıb.
Qeyd edək ki, AMB bu gün üçün USD/AZN rəsmi məzənnəsini 1,7003 səviyyəsində müəyyən edib.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB