Bitkoin yeni tarixi rekorda imza atıb

Bitkoin yeni tarixi rekorda imza atıb. Axar.az xəbər verir ki, bitkoin dəyəri 8,44% bahalaşaraq, 7890 dollara çatıb. Qeyd edək ki, bundan öncə bitkoin 7000 dollara qədər bahalaşmışdı.

Bitkoin ilk mərkəzsizləşdirilmiş rəqəmli puldur. Bitkoinin yaranması bankların yox olması təhdidini artırır. Bunun sayəsində maliyyə əməliyyatlarını artıq banklar yox, hər kəs özü idarə etmiş olacaq.Bir müddət öncə Avropa Birliyi, Rusiya və Çinin bitkoinlə ticarəti məhdudlaşdırması onun dəyərini iki həftə ərzində 40% ucuzlaşdırmışdı. Beynəlxalq Valyuta Fondunun sonradan bitkoinin legitimliyini tanıması onun dəyərinin yenidən sürətlə artmasına səbəb olmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə