Millət vəkili: “BTQ layihəsi uzunmüddətli gəlir mənbəyi olacaq” AÇIQLAMA
“Bu gün açılışı olan Bakı-Tiflis-Qars (BTQ) dəmir yolu layihəsi son zamanlar dünyada reallaşan ən böyük layihələrdən biridir. Bu layihənin icrası bir daha göstərir ki, Azərbaycan dünyada ən vacib ölkələrdəndir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.
Onun sözlərinə görə, Azərbaycan bu layihəyə imza atmaqla göstərdi ki, həm öz iqtisadiyyatını qura bilir, həm də region dövlətlərinin iqtisadiyyatına böyük töhfə verir: “Azərbaycan Bakı-Tiflis-Qars dəmir yolu vasitəsi ilə Avropaya birbaşa çıxış əldə edir. Bu layihənin region üçün açdığı imkanların əhəmiyyəti böyükdür. Regiondakı dövlətlər də BTQ layihəsindən yararlanacaq, öz ölkələri üçün birbaşa çıxış əldə edəcək, layihənin keçdiyi dövlətlərə tranzit haqqı ödəyəcəklər. Bu dəmir yolu layihəsi Azərbaycan dövləti və xalqımız üçün uzunmüddətli gəlir mənbəyi olacaq.
Layihə uzun illər xalqımıza xidmət edəcək. Bir dəfə qoyulan vəsait illərlə ölkəmizə gəlir gətirəcək. Azərbaycan öz coğrafi mövqeyi ilə Avropanı Asiya ilə birləşdirir. Bu gün Qazaxıstanın və digər dövlətlərin baş nazirlərinin burada iştirakı göstərir ki, Asiya ölkələri də bu layihədə maraqlıdır. Bakı-Tiflis-Qars layihəsi Çindən, Hindistandan çıxan təbii yanacaq vasitələrini Avropaya çıxarmaq üçün ən önəmli layihədir. Bu layihə ilə Azərbaycanın tranzit imkanları genişlənir, ölkəmizin tranzit potensialı ildən-ilə daha da artır. Bu imkanlardan əldə olunan gəlirlər isə əvəzolunmaz mənfəətlərdir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB