Əhali axını şəhərdən kəndə doğru istiqamətlənib AÇIQLAMA

“Prezident İlham Əliyevin regionlara səfəri nəticəsində regionlar inkişaf edir, yüksək sosial-iqtisadi inkişafı ilə diqqət çəkir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Azər Badamov deyib.

Onun sözlərinə görə, ölkə başçısı çıxışlarında da bildirib ki, mərkəzlə regionlar arasındakı fərq aradan qaldırılmalıdır: “Artıq biz bunun nəticələrini görür və reallıqda şahidi oluruq. Regionlarımız inkişaf edib, insanların firavan yaşaması üçün hər cür şərait yaradılıb. Məhz bunun göstəricisidir ki, ölkəmizdə urbanizasiya prosesi dayanıb, əhalinin axını şəhərlərdən kəndlərə doğru istiqamətlənibdir. Prezident İlham Əliyev Qobustan ve Şamaxı rayonlarına səfərləri çərçivəsində bir çox sosial-infrastruktur layihələrinin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və kənd təsərrüfatı sahəsində icra layihələri ilə tanış olubdur. Ölkə başçısının ve Birinci vitse-prezident Mehriban xanım Əliyevanın regionlara ardıcıl səfərlər etməsi və görülən işlərlə şəxsən maraqlanması, tapşırıqların verilməsi görülən ve görüləcək işlərin daha keyfiyyətlə və vaxtında icra olunmasında məsuliyyətini artırır. Bütün bunlar onu deməyə əsas verir ki, ölkəmizdə xalqı sevən ve xalqın sevdiyi Prezident var. Məhz belə olan halda daha da inkişafa doğru irəliləyəcəyik”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...