Benzinin keyfiyyəti ilə bağlı müəyyən şikayətlər var TƏDBİR
"Yanacaqdoldurma məntəqələrində istehlakçılara təklif olunan benzinin keyfiyyəti ilə bağlı şikayətlər daxil olur". SİA xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə sədri Ramiz Həsənov deyib.
Onun sözlərinə görə, şikayətlər var, lakin o qədər də çox deyil: “Təbii ki, biz öz səlahiyyətlərimiz çərçivəsində bu müraciətləri araşdırırıq. Ölkəyə idxal edilən benzin avro standartlarına cavab verir. Ona görə də şikayətlər o qədər də çox deyil. Doğrudur, Avro-4 və Avro-5 standartlarına uyğun benzinlər köhnə avtomobillərdə istifadə zamanı problem yaradır. Amma bu sahədə də ciddi şikayətlər yoxdur".
Bundan başqa komitə sədri satışda olan saxta məktəbli geyimləri barədə də danışıb və deyib ki, buna qarşı mübarizə aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB