Azərbaycanda 6 müəssisə Rusiyaya ət və süd məhsulları ixrac edəcək
Rusiya Kənd Təsərrüfatı Nazirliyi yanında Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin qərarı ilə daha 6 Azərbaycan müəssisəsi Xidmət tərəfindən aparılan reyestrə daxil edilib və həmin müəssisələrə istehsal etdikləri məhsulların maneəsiz olaraq Rusiyaya ixrac edilməsinə icazə verilib.
İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, indiyədək görülmüş tədbirlər nəticəsində sözügedən reyestrə daxil edilmiş müəssisələrin ümumi sayı 20-yə çatıb.
Digər Azərbaycan müəssisələrinin də reyestrə daxil edilməsi istiqamətində tədbirlər davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB