Jurnalistlər analoqu olmayan sevinc yaşayır

Jurnalistlər analoqu olmayan sevinc yaşayır

Cənab Prezident bu dəfə də 255 nəfər media təmsilçisinə mənzil verib. Onların arasında mənim yaxından tanıdıqlarım jurnalistlər də var. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib. Onun sözlərinə görə, bütün jurnalistlərin sevincinə şərik çıxır, eviniz düşərli, süfrəniz bərəkətli, ailəniz xoşbəxt olsun deyirəm: "Azərbaycan dövləti son bir neçə ildə təkcə jurnalistləri yox, on minlərlə adamı yeni mənzillərlə təmin edib, qaçqın və köçkünlərimiz üçün yüzdən çox qəsəbə salınıb. Dünyada analoqu olmayan belə bir sevinc Azərbaycan xalqına və jurnalistlərinə nəsib olub".

Bu qədər adamı sevindirən dövlət başçımıza arzu edirəm ki, tezliklə onun komandanlığı altında ordumuz bizə qələbə sevinci yaşatsın.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə