“Qurban Abbasov” və “Caspian Power” gəmilərinin açılış mərasimi keçirilib-FOTOSLAYD

“Qurban Abbasov” və “Caspian Power” gəmilərinin açılış mərasimi keçirilib-FOTOSLAYD
Bu gün Xəzər Dəniz Donanmasına mənsub olan "Qurban Abbasov" və "Caspian Power" gəmilərinin açılış mərasimi keçirilib. SİA-nın məlumatına görə, gəmilərin açılışında Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev də iştirak edib. ARDNŞ prezidentinə Qurban Abbasov gəmisinin göyərtəsində gəmi haqqında məlumat verilib. O, göyərtədə olan lövhəyə baxdıqdan sonra gəminin içərisi ilə tanış olub. R.Abdullayev gəminin sükan otağında, şəxsi heyətin istirahət otağında, yeməkxanasında, yataq otaqlarında və s. olub. ARDNŞ prezidenti gəminin dənizə buraxılmasını bildirən rəmzi düyməni basdıqdan sonra "Qurban Abbasov" kran-gəmisinin fiti səslənib. Daha sonra isə o, şəxsi heyətlə görüşüb.
Qeyd edək ki, gəmi 1984-1986-cı illərdə Finlyandiyanın Turku Gəmiqayırma tərsanəsində inşa edilib və katamaran tipli qurğudur. 1988-ci ildə "Titan-4" adı altında Xəzər dənizinə gətirilən bu gəminin uzunluğu 141 m, eni 54 metrdir. Gəminin əsas kran mexanizminin ümumi yükqaldırma gücü 600 ton, göyərtənin yükgötürmə qabiliyyəti isə 1200 ton təşkil edir. "Qurban Abbasov" gəmisi 1994-cü ildə təmirə dayandırılıb, lakin müəyyən səbəblər üzündən yenidən istismara qaytarılmayıb. 2006-cı ildən gəminin əsaslı təmiri və modernləşdirilməsi işlərinə başlanıb.
Təmirdən sonra gəmidə 150-200 nəfərin yaşayıb işləməsi üçün əlverişli şərait yaradılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə