“İlin əvvəlindən qeyri-neft iqtisadiyyatı 1,7%, qeyri-neft sənayesi isə 4.4% artıb”.
SİA xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2017-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda deyib.
Prezident bildirib ki, bu il ölkə iqtisadiyyatına 5 mlrd. dollar sərmayə qoyulub. Azərbaycanın valyuta ehtiyatları hazırda 40,6 mlrd. dollardır: “Mövcud iqtisadi sabitlik qorunub-saxlanılmalı, istehlak qiymətlərinə daim nəzarət olunmalı, süni qiymət artımına imkan verilməməlidir”.
Bütün xəbərlər Facebook səhifəmizdə