“Problemli kreditlər məsələsi devalvasiyadan sonra daha da aktuallaşdı. Çünki devalvasiyadan sonra problemli kreditlərin məbləği də artmağa başladı”. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Azər Mehdiyev deyib. Onun sözlərinə görə, əvvəllər əhali gəlirinin müəyyən hissəsini kreditlərə ayırırdısa, indi bir çoxunda kreditin aylıq ödənişi ailənin gəliri həddindədir: “Bu zaman isə vətəndaşın krediti ödəməsi mümkün olmur. Lakin problemli kreditlərin yaranma səbəbləri müxtəlif ola bilər. Təbii ki, iqtisadiyyatda yaranan problemlər, real iqtisadi vəziyyət bank sektoruna da təsirsiz ötüşmür. Manatın bir neçə dəfə devalvasiya etməsindən sonra xarici valyutada verilən istehlak kreditləri üzrə ödəmə qabiliyyətinin düşməsi və s. bu kimi səbəblər daxildir. Digər səbəb də budur ki, vətəndaşlar ödəmə qabiliyyətindən artıq borc yükünün altına girir və nəticədə ödəmə problemi, gecikmələr yaranır. Bu haldan həm banklar, həm də vətəndaşlar əziyyət çəkir”.
Azər Mehdiyev qeyd edib ki, hazırda problemli kreditlərin çox hissəsi dollarla bağlıdır. Əhalidə hələ də belə bir fikir var ki, güzəştlər ediləcək: “Çünki əhali bu kreditləri əvvəliki qrafiklə ödəyə bilmir. Digər tərəfdən gözləyirlər ki, hər hansı bir müsbət addımlar atılsın. Bunda isə əsasən bankların verdiyi kreditlərin faizinin yüksək olması öz rolunu oynayır. Məsələnin həlli istiqamətində həm əhalidən, həm banklardan, həm də hökumətdən ciddi bir əməkdaşlıq gözlənilir. Banklar restrukturizasiyaya gedə bilmədilər. Bankların bəzilərinin bu prosesdən əlavə qazanc götürmək məqsədi və uğursuz siyasəti problemi daha da dərinləşdirdi. Bu prosesdə həmin banklar nəinki xeyir götürdülər, əksinə əvvəlki vəsaiti geri ala bilmirlər”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB