Fransanın dövlət borcu "kəllə-çarxa" çıxıb

Fransanın dövlət borcu "kəllə-çarxa" çıxıb

Fransanın dövlət borcunun həcmi 2017-ci ilin ilk rübündə rekord səviyyəyə çatıb. Bu barədə informasiyanı Fransa Milli Statistika İdarəsi yayıb. İdarə Fransanın borcunun 2,21 trilyon avroya çatdığını bildirib. Ölkənin borcu ümumdaxili məhsulun 98,9%-ni təşkil edib.

Qeyd edək ki, keçən il Fransanın dövlət borcu ümumdaxili məhsulun 96,3%-ni təşkil etmişdi.

Bütün xəbərlər Facebook səhifəmizdə