Bank rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb

Bank rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sədri Xalid Əhədov xarici öhdəliklərin restrukturizasiya planına edilən dəyişikliklərin investorlar tərəfindən müsbət qarşılanacağına ümid edir. SİA-nın məlumatına görə, bankir bildirib ki, restrukturizasiya planı uğurla icra olunacaq: “Gözləntilərimiz müsbətdir. İyulun 18-də səsvermə prosesi keçiriləcək. Daha sonra texniki icra mərhələsinə başlanacaq”.

X. Əhədov qeyd edib ki, restrukturizasiya planına əsasən bütün kreditorlar üçün eyni hüquqlar təmin olunacaq və bu zaman ikili yanaşmaya yol verilməyəcək.

Bank rəhbəri restrukturizasiya planı ilə bağlı gözləntilərini açıqlayıb

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə