Gəncə Aqrobiznes Assosiasiyası (GABA) "Ağıllı fermer təsərrüfati" layihəsi çərçivəsində yaradılmış istehsalçı qruplar üçün təlimlər keçirir. İkinci təlim Göygöl rayonunun Topalhəsənli kəndində G.A.P. (Qabaqcıl Aqrar Təcrübələr) standartları çərçivəsində giləmeyvə bağının becərilməsi üçün sahənin seçilməsi və kultivasiyaya hazırlıq haqqında olub. Bildirilib ki, təlimin keçirilməsində əsas məqsəd kənd sakinlərini və fermerləri dünyada tətbiq olunan qabaqcıl kənd təsərrüfatı təcrübələri və standartları barədə məlumatlandırmaqdır.
İstehsalçıların marağına səbəb olan təlimin sonunda ekspertlər fermerlərin suallarını cavablandırıb və tövsiyələrini veriblər.
Qeyd edək ki, "Ağıllı fermer təsərrüfatı" layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB