Bu gün Polşada keçiriləcək iqtisadi forumda deputatımız da iştirak edəcək

Bu gün Polşada keçiriləcək iqtisadi forumda deputatımız da iştirak edəcək
Bu gün Polşanın Krinitsa şəhərində XX İqtisadi Forum keçiriləcək. Bu barədə SİA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib. Tədbirdə Milli Məclisin deputatı Asim Mollazadə iştirak edəcəkdir. 60-dan çox ölkənin nümayəndələrinin toplaşacağı bu forumda biznes və investisiya, Avropada iqtisadi siyasət, enerji, geosiyasi, beynəlxalq təhlükəsizlik və digər mövzularda fikir mübadiləsi aparılacaq. Milli Məclisin deputatı müzakirə olunacaq mövzular barədə çıxış edəcək, öz fikirlərini bölüşəcək.

Qeyd edək ki, forum sentyabrın 11-dək davam edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə