Azərbaycanın əsas internet təchizatçısı Delta Telecom şirkəti bu gündən respublikanın ikinci provayderləri üçün qiymətləri endirir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ümumi kanal tutumu 100Mb/s-dən çox olan provayder şirkətlər sentyabrın 1-dən əlavə aldıqları hər 1 Mb/s üçün aylıq 50 manat ödəyəcəklər. Qiymətlərin endirilməsinin əsas məqsədi əhalinin internet xidmətlərindən daha çox istifadə etməsi, son müştərilərə göstərilən internet xidmətlərinin keyfiyyətinin yüksəldilməsidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB