Məhərrəm Zülfüqarlı: "Erməni lobbisinin təxribatı nəticə verməyəcək" AÇIQLAMA
"Rusiya ilə Azərbaycan arasında münasibətlər həmişə yüksək səviyyədə olub və inkişaf edib". Bu sözləri SİA-ya açıqlamasında İctimai Problemlərin Tədqiqi Assosiasiyasının sədri Məhərrəm Zülfüqarlı deyib.
Onun sözlərinə görə, Rusiyanın dövlət strukturlarında anti-Azərbaycan qruplar, erməni lobbisi Azərbaycan xalqına və dövlətinə qarşı təxribatçı fəaliyyətini davam etdirirlər: "Həmin qruplar istəyir ki, Azərbaycanın Rusiya ilə münasibətləri pozulsun. Onlar bu münasibətlərə xələl gətirə bilməyəcək. Vətəndaşlar ayıq olmalı və belə təxribatçı hərəkətlərə qarşı mübarizə aparmalıdırlar. Çünki Azərbaycan vətəndaşları Rusiyada fəaliyyət göstərir və Rusiyanın iqtisadiyyatında azərbaycanlıların da rolu əvəzsizdir. Belə təxribatçı hərəkətlərə baxmayaraq Azərbaycan Rusiya ilə münasibətlərini, iqtisadi və siyasi əlaqələrini daha da sıxlaşdıracaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB