Sahibkarlıq sektorunda yeni ad - “Araz Aqro Qrup MMC” REPORTAJ - FOTOLAR - SƏS TV
Respublikamızda son dövrlər ölkə başçısı İlham Əliyevin qarşıya qoyduğu prioritet məsələlərdən biri sahibkarlığın inkişaf etdirilməsidir. Bu barədə Prezidentin imzaladığı fərman və sərəncamlar artıq bəhrəsini verməkdədir. Regionların inkişafına investisiyaların cəlb edilməsi və əhalinin məşğulluğunun artırılması istiqamətində ciddi addımlar atılır. Sahibkarlar yeni istehsal sahələri yaradaraq həm yerli, həm xarici bazarlara məhsul çıxarıb dövlətimizə və əhaliyə fayda verirlər. SİA-nın Aran bürosunun verdiyi məlumata görə belə şirkətlərdən biri də İmişli rayonuda yerləşən, respublikamızda, eyni zamanda xaricdə ideal məhsul istehsalına görə tanınan "Araz Aqro Qrup MMC" və "Araz" Konservləşdirilmiş Şirələr və konyak zavodudur.
"Araz Aqro Qrup MMC" müxtəlif növ qida məhsulları istehsal edən şirkətdir. Şirkətin fəaliyyəti ilə tanışlığımız ilk öncə istixana kompleksindən başladı. İmişli rayonunda, Araz çayının yaxınlığında 4 hektar sahədə Araz Aqro Qrup MMC şirkəti tərəfindən 2 hektar ərazidə istixana kompleksi tikilmişdir. İstixananın icraçı direktoru Çingiz Atakişiyev bizimlə söhbətində bildirdi ki, "Araz Aqro Qrup" MMC tərəfindən tikintisinə 2016-cı ilin may ayından başlanılan İstixana kompleksində tikinti-quraşdırma işləri zamanı 35 nəfər işlə təmin olunmuşdur. Kompleksdə məhsulların saxlanılması üçün anbarlar, iki qazanxana, yardımçı və inzibati binalar, əkiləcək bitkilərin suvarılması və dərmanlanması üçün 2 su anbarı inşa edilib və damla üsulu ilə suvarma sistemi quraşdırılıb. İstixana kompleksi istilik-mühafizə pərdələri və havalandırma sistemi ilə təchiz edilib. İstixanada müasir texnologiyaların tətbiqi nəticəsində enerji xərclərinə qənaət edilir ki, bu da yetişdirilən tərəvəz məhsullarının maya dəyərinin aşağı olmasına və bazara rəqabətə davamlı məhsul çıxarılmasına imkan verir.
İstehsal prosesində yalnız orqanik gübrə və dərman preparatlarında istifadə olunur. 2016-cı ilin dekabr ayında istifadəyə verilmiş kompleksə Hollandiyadan həm dadı, həm də xarici bazarda üstünlüyü ilə seçilən pomidor bitkisinin "Arletta" növü gətirilmiş, 52 min şitil əkilmişdir. Hal hazırda istehsal olunan bol tərəvəz məhsullarının daxili bazarla yanaşı, xarici ölkə bazarlarına ixrac həyata keçirilir. İstixanada 50 nəfərə yaxın işçi qüvvəsi daimi iş yeri ilə təmin olunub. 2017-ci ilin mart ayının sonundan etibarən İstixana kompleksində pomidor yığımına başlanılmışdır. Bu günə kimi 40 ton məhsul yığılmışdır ki, onun da 22 tonu xarici dövlətlərə ixrac edilmiş, 18 tonu isə daxili bazarlara çıxarılmışdır. Pomidor yığımı iyun ayına kimi davam edəcəkdir. Yaradılan şəraitin nəticəsində istixananın ərazisi genişləndirilir. Həmin ərazidə 2 ha sahədə yeni istixananın tikintisinə başlanılıb və sentyabr ayına istifadəyə verilməsi planlaşdırılır.
"Araz Aqro Qrup MMC" şirkətinə məxsus olan digər müəssisələrdə də olduq. "Araz" Konservləşdirilmiş Şirələr və konyak zavodu 2 ha ərazidə yerləşir. Sex rəisi Aydın Vəliyevin verdiyi məlumata görə gündəlik istehsal gücü 2,5 ton olan araq sexi, gündəlik istehsal gücü 8 ton olan konyak spirti sexləri, ilkin olaraq gündəlik istehsal gücü 1 ton olan kolbasa sexi, gündəlik istehsal gücü 1 ton olan pivə sexi, müasir avadanlıqlarla təchiz edilmiş və akkreditasiya olunmuş laboratoriyalar, istixana, yardımçı və inzibati binalar inşa edilmişdir. Zavodda xammal kimi əsasən üzüm və arpa məhsullarından istifadə olunur. Xammal məhsulları İmişli və ətraf rayonlardan gətirilir.
Yeni istifadəyə verilən kolbasa sexinin rəisi Xəlilov Əlisafa məlumat verərək bildirdi ki, zavodda yeni istifadəyə verilən kolbasa sexində isə gündəlik gücü 1 ton olan keyfiyyətli qida məhsul istehsal olunur. Kolbasa məhsulları əsasən yeni kəsilmiş mal və toyuq ətlərindən bütün gigiyenik qaydalara uyğun şəkildə hazırlanılır. İstehsal olunan məhsullar ölkə ərazisində daxili bazarlara çıxarılmaqla yanaşı respublikadan kənara, bir sıra MDB dövlətlərinə də ixrac olunur. Yüksək keyfiyyətli və rəqabət qabiliyyətli məhsulların əldə olunması üçün zavodda peşəkar mütəxəssislər və texnoloqlar çalışır. Təqdirə layiq haldır ki, zavodda bu gün 100 nəfər insan çalışır və vaxtlı vaxtında əmək haqqı alırlar.
İqbal Mikayılov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB