Azərbaycana iqtisadi cəhətdən böyük uğur gətirəcək Şahdəniz-2 layihəsində son tamamlama işləri gedir. Bu layihədə ən böyük işləri görən də AZFEN və TEKFEN şirkətləridir. Yəni, bu layihənin reallaşmasında hər iki şirkətin əməyi əvəzsizdir. Bu layihədə elektrik işlərinin görülməsinə rəhbərlik edənlərdən biri də əslən Türkiyədən olan Ahmet Biləndir.
Qısa arayış: Ahmet Bilən Türkiyənin İstanbul şəhərində, Kadıköy ərazisində 1964-cü ildə dünyaya gəlib və burada da yaşayır. O, İstanbul liseyində təhsil alıb. İki övladı var. Hər iki övladı ali məktəblərdə təhsil alır. Ahmet əfəndi 25 il Türkiyə Elektrik idarəsində adi bir işçidən rəhbər vəzifəyə qədər yüksəlib. O, 2008-ci ildən TEKFEN-də elektrik formeni kimi çalışır. Ahmet ilk dəfə Azərbaycana 2010-cu ildə gəlib.
Həmin vaxtı onlar SOCAR-ın binasını inşa ediblər. Sonra isə ona Şahdəniz-2 layihəsində işləmək təklif olunub. Artıq 4 ildir ki, bu layihədə böyük uğula çalışır.

- Azərbaycanda işlədiyiniz 7 ildə ölkəmiz haqqında sizdə hansı təəsürat yaranıb?
- Azərbaycanlılarla türklərin yaşam tərzi, mədəniyyətləri bir-birinə çox oxşayır. Sevinirəm ki, burada heç bir yadlıq hissi keçirmirəm. Özümü öz ölkəmdəki kimi hiss edirəm. Bu yeddi ildə Azərbaycanda çox dostlar tapdım. Onlar həmişə mənə yardımçı olublar. Mən onlara çox minnətdaram. İndi onları ölkəmə dəvət edirəm. Qoy onlar gəlib türklərin də qonaqpərvər olduqlarını öz gözləri ilə görsünlər. Həm də görsünlər ki, Türkiyədə azərbaycanlıları əziz bir qardaş və bacı kimi necə sevirlər. Ölkəniz çox gözəldir. Burada hər bir insanın firavan yaşaması üçün hər şey var. Sadəcə, onları əldə etmək üçün zəhmət çəkmək lazımdır. İnşallah sizin ölkə bu cür sürətli iqtisadiyyatı və ağıllı, xalqını düşünən prezidenti ilə tezliklə dünyanın ən inkişaf etmiş ölkələrindən biri olacaq. Mən buna qətiyyətə əminəm.
- Sizin bu gün Azərbaycanda gördüyünüz işlər nələrdən ibarətdir və bunun Azərbaycana hansı xeyirləri var?
- Biz Şahdəniz-2 layihəsində elektrik işlərini görürük. Bu da həmin layihədə əsas işlərdən biridir. İşimiz həddindən artıq çox cavabdehlidir. Bütün gücümüzlə, ağlımızla çalışırıq ki, bu işləri Avropa standartlarına layiq görək. Hələ ki, işimizdən hamı razıdır. Artıq son tamamlama işləri gedir.

- Azərbaycanlılar və türklər bir kökdən olan eyni millətdir. Sizin ölkələrimizin dostluğuna, qardaşlığına münasibətiniz necədir?
- Mən bu suala demək olar ki, yuxarıda cavab vermişəm. İndi isə onu vurğulayım ki, biz hər ikimiz eyni millətik. Əvvəllər azərbaycanlıları da türk yazırdılar. 1937-38-ci və sonrakı illərdə çoxlu azərbaycanlı ziyalını Türkiyəyə pərəstiş etməkdə həbs ediblər və çoxunu da güllələyiblər. Amma bununla milləti qorxuda bilməyiblər. Əvəzində türklərə qarşı sevgi daha da artıb. Biz də Türkiyədə Hüseyn Cavidi, Mikayıl Müşfiqi, Əhmət Cavadı və sizin həmin dövrdə həbs olunan böyük ziyalılarınızı çox sevirik və onlara rəğbətlə yanaşırıq.

- Azərbaycanda uzun illər işləyən bir mütəxəssis kimi, ölkə başçımız İlham Əliyevin apardığı məqsədyönlü siyasətə sizin və türklərin münasibəti necədir?
- Türkiyədə cənab İlham Əliyevi çox sevirlər. Çünki o, hər bir beynəlxalq səviyyəli çıxışında həmişə tükləri müdafiə edir. Ən problemli məsələləri yüksək siyasətlə reallaşdırır. Həm də bizim ölkə başçısı ilə çox yaxşı münasibətdədir. Cənab İlham Əliyevi mən də artıq ömrünün 50-dən çox ilini yaşayan və bu illərdə böyük həyat təcrübəsi qazanan, uzun illər rəhbər vəzifədə çalışan insan kimi onun apardığı siyasətin vurğunuyam. Sizin Prezidentiniz yüksək ağıla və səbrə malikdir. Çünki o, sizin ölkəyə rəhbərlik etdiyi bu 14 ildə ən azından 50 illik bir iş görüb. Azərbaycanda iqtisadiyyat, sənaye, texnologiya elə sürətlə inkişaf edib ki, artıq dünyanın aparıcı ölkələri ilə rəqabətə görə bilərsiniz. Mən Azərbaycanda işlədiyim 7 ildə bunun şahidi olmuşam. Azərbaycanı hələ qarşıda böyük uğurlar gözləyir. Çinki, Azərbaycanın bir neçə beynəlxalq səviyyəli layihələri var. Həmin layıhələr reallaşandan sonra Azərbaycan həqiqətən də dünyanın ən qüdrətli ölkələrindən biri olacaq. Onda çoxlu ölkələr istəsələr də, istəməsələr də Azərbaycanla hesablaşacaqlar.
Ağalar İDRİSOĞLU
Əməkdar incəsənət xadimi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB