“Excelsior Hotel & Spa Baku” oteli aprel ayında birinci yerə çıxdı

“Excelsior Hotel & Spa Baku” oteli aprel ayında birinci yerə çıxdı

"Excelsior Hotel & Spa Baku" oteli aprel ayında mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerə çıxıb. "Media Consulting & Services" şirkətinin apardığı araşdırmaya görə, otelin fəaliyyəti ilə bağlı mətbuatda 160 məlumat işıqlanıb.

"Media Consulting & Services" şirkəti 10 televiziya, 55 çap və 500 onlayn media daxil olmaqla 565 -dən çox mənbədə işıqlandırılan məlumatları say, xarakter və məzmun üzrə təhlil edərək, sektorlar üzrə şirkətlərin media reytinqini hesablayıb.

"AtaHolding" Korporativ kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova qeyd edib ki,"Excelsior Hotel & Spa Baku" otelinin fəaliyyəti ilə bağlı aprel ayında mətbuatda 4 pres reliz işıqlanıb. Cari ilin aprel ayında otelin təşkilatçılığı ilə keçirilən "Baku Fashion 2017" moda tədbirində dizayner Günay Quliyevanın, dizayner Renara Şəmsiyeva, dizayner Gülüm Əsədullayeva, Yekaterina Eren və Liana Allahverdiyeva - "Fashion Lab" brendı və kolleksiyaları nümayiş olunub. Həmçinin, may ayında otelin təşkilatçılığı ilə 28 May Respublika gününə həsr edilmiş "Nə?, Harada?, Nə Vaxt?" intellektual oyunu keçiriləcək.

"Excelsior Hotel & Spa Baku" oteli 2005-ci ilin avqust ayından fəaliyyət göstərir. "Excelsior Hotel & Spa Baku" oteli 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" deluks, 9 "Duke" kiçik otaqlar, iclas konfrans zalları və biznes mərkəzi, restoran və barlar, "Aura" sağlamlıq mərkəzindən ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə