Son üç ayda toxuculuq sənayesində 62,8 milyonluq məhsul istehsal edilib
Yanvar-mart aylarında toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 62,8 milyon manat dəyərində məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunur ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə toxuculuq sənayesində 2,4 dəfə, geyim istehsalında 2 dəfə artım, dəri və dəridən məmulatlar, ayaqqabı istehsalında isə 54 faiz azalma müşahidə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB