Vergi Məcəlləsinə dəyişiklik təsdiq edildi

Vergi Məcəlləsinə dəyişiklik təsdiq edildi

"Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihəsi Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunaraq təsdiqlənib. SİA-nın xəbərinə görə, layihəni təqdim edən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişiklikdə məqsəd beynəlxalq daşıma anlayışının dəyişdirilməsi ilə bağlıdır.

Dəyişikliklə beynəlxalq daşıma - yük, sərnişin, baqaj və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycanda yerləşən göndərilmə məntəqəsi ilə digər dövlətdəki təyinat məntəqəsi arasında daşınmasıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə