Daha bir şirkət Bakı Şopinq Festivalında

Daha bir şirkət Bakı Şopinq Festivalında

Məşhur La Parfumerie mağazası da Bakı Şopinq Festivalına qoşulan brend mağazalar sırasında öz yerini aldı.

Festival münasibətilə mağazada alıcılar üçün xüsusi güzəşt kampaniyası başlandı. Bu gündən etibarən Bakı şəhəri, Nəzimi rayonu, Nizami küçəsi, 83 ünvanında yerləşən La Parfumerie mağazası böyük endirimlərə start verildi.

Bakı Şopinq Festivalı günlərində bu mağazada seçilmiş mallara endirimlər tətbiq edilib. Üstəlik, alıcılar, "Baku Shopping Festival – Tax Free" stikerini gördükləri mağazada Festival zamanı aldıqları malların əlavə dəyər vergisini (ƏDV) geri ala biləcəklər.

La Parfumerie mağazasında bu fürsətdən hər kəs, festivalın sonuncu gününə –mayın 10-dək istifadə edə bilər.

Festivala qoşulan mağazaların sayı hər gün artmaqdadır. Qeydiyyatdan keçmiş və hər gün əlavə olunan yeni mağazaların ümumi siyahı ilə http://bakushopfest.com/our-stores/ linkində tanış olmaq olar. Sevdiyiniz, bəyəndiyiniz malları sərfəli qiymətlərlə əldə edib, üstəlik ƏDV vergisini də geri almaq istəyirsinizsə, Baku Şopinq Festivalı boyunca iştirakçı mağazalarda alış-veriş etməyə tələsin.

Qeyd edək ki, hər il təşkil ediləcək Bakı Şopinq Festivalı bu il aprelin 10-dan mayın 10-dək Azərbaycan paytaxtında keçiriləcək. Növbəti festivalın keçirilməsi bu ilin oktyabrına nəzərdə tutulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 sentyabr 2016-cı il tarixli sərəncamı ilə təsdiq edilmiş, "Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi"nə əsasən, hər il keçiriləcək şopinq festivallarının təşkili Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Konqreslər Bürosuna həvalə edilib.

Aşağıdakı telefon nömrəsi və elektron poçt vasitəsilə, BŞF haqqında ətraflı informasiya almaq və təşkilatçılarla əlaqə saxlamaq olar: telefon: 0124982063, e-mail: [email protected], web: www.bakushopfest.com.

Bütün xəbərlər Facebook səhifəmizdə