"Fındıq ixracından əldə etdiyimiz valyutanı 200 milyona çatdıra bilərik"
Bu ilin birinci rübündə ən böyük artım pambıq lifinin ixracında olub - 700 faizdən çox. Süd məhsullarının ixracı 260 faiz artıb. Meyvələr arasında ən böyük ixrac artımı almada olub - 144 faiz. Nar 125 faiz artıb. Bunlar çox yaxşı göstəricilərdir.
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev Yevlaxda qeyri-neft ixracatçılarının respublika müşavirəsində deyib: "2016-cı ildə bizə ən çox valyuta gətirən məhsulları da qeyd etmək istəyirəm. Birinci yerdə fındıqdır – ölkəmizə 105 milyon valyuta gəlib. Fındıqçılığın inkişafı çox sürətlə gedir. Burada da səsləndi, biz 15 min hektar yeni fındıq bağları saldıq və bu iş sürətlə gedir. O cümlədən baramaçılıq. Biz 2015-ci ildə 200 kiloqram barama tədarük etmişdiksə, keçən il bu, 70 ton olmuşdur. Bu il 100 ton olacaqdır. Fındıq bizim 19 rayonda daha çox yetişdirilir, ancaq potensial 46 rayonda var. Hesab edirəm ki, biz fındığın istehsalını da, ixracını da iki dəfə artıra bilərik. Biz o 105 milyonu 200 milyona rahatlıqla çatdıra bilərik".
Badam bağlarının salınmasının vacibliyindən də danışan Prezident İlham Əliyev bildirib ki, bu il badam bağlarının salınmasına başlanılıb. "Bizdə onların sahəsi çox kiçikdir, cəmi min hektar badam bağımız var. Onların da 900 hektarı Naxçıvan Muxtar Respublikasındadır. Amma Bakı, Abşeron yarımadası badam üçün çox münbit məkandır. Ona görə, indi yeni bağlar salınır, min hektarlarla badam bağları salınmalıdır. Mən sahibkarlara da bunu məsləhət görürəm. Həmçinin zeytunçuluq və şəkər çuğundurunun yetişdirilməsi. Biz zeytun yağı ilə özümüzü tam təmin etməliyik. Hələ ki, buna nail ola bilməmişik. İxrac edirik, ancaq daxili tələbat hələ ki, ödənilmir. Şəkər çuğunduru isə bu il çox geniş vüsət alıb. Biz şəkəri şəkər çuğundurundan emal etməliyik. Burada da çox böyük potensial var", - deyə dövlətimizin başçısı qeyd edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB