DSK açıqladı: Son 3 ayda sənayedə 10 milyardlıq məhsul istehsal edilib

DSK açıqladı: Son 3 ayda sənayedə 10 milyardlıq məhsul istehsal edilib

2017-ci ilin yanvar-mart aylarında ölkə sənayesində 10 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,8 faiz az sənaye məhsulu istehsal edilib.

Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 2 faiz artıb, neft sektorunda isə 8,3 faiz azalıb.

Sənaye məhsulunun 71,8 faizi mədənçıxarma sektorunda, 22,6 faizi emal sektorunda, 4,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə