“ECSAR” bundan sonra da "Qazprombank"la iri layihələri reallaşdırmaq niyyətindədir
Rusiyanın "ECSAR" Səhmdar Cəmiyyəti Azərbaycanda "Qazprombank" SC ilə birgə dəmir yolları maşınqayırması, həmçinin "SOCAR"la bağlı layihələri maliyyələşdirməyə hazırdır.
SİA xəbər verir ki, bunu aprelin Bakıda "Qazprombank" SC–nin iştirakı ilə keçirilən Biznes-missiyada "ECSAR" Səhmdar Cəmiyyəti İdarə Heyətinin üzvü Nikita Qusakov jurnalistlərə müsahibəsində bildirib.
Onun sözlərinə görə, təmsil etdiyi qurum vasitəsilə Azərbaycanda "2014-cü ildən 2016-cı ilədək 14 layihə həyata keçirilib. Buraya dəmir yolu sektoru, tibb, ərzaq məhsulları, metallurgiya sahələri daxildir. N.Quşakov əlavə edib ki, "ECSAR" bundan sonra da "Qazprombank"la iri layihələri reallaşdırmaq niyyətindədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB