Bu il qeyri - neft sektorunda 2,4 faiz artım olub

Bu il qeyri - neft sektorunda 2,4 faiz artım olub

Bu il ölkəmizdə iqtisadi inkişaf təmin olunub. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib. Onun sözlərinə görə, dövlət proqrramları uğurla icra edilib və sosial məsələlər öz həlli yolunu tapıb: "Bu ilin ilk 3 ayı ərzində qeyri-neft sektorunda 2,4 faiz artım olub, qeyri-neft sənayesində isə artım 2 faiz səviyyəsindədir. Kənd təsərrüfatı 3,5 faiz, bitkiçilik 20 faizdən çox artıb. Bu ilin ilk 3 ayı ərzində ticarət dövriyyəsi 15 faiz, ixrac təxminən 50 faiz, qeyri-neft ixracımız 10 faiz artıb. İdxal isə 17 faiz azalıb. İdxalın azalması, ixracın kəskin artması iqtisadi sabitliyimizi təmin edir. Azərbaycan iqtisadiyyatı inkişafı ilə yanaşı dayanıqlığı təmin edilir".

Eldar İbrahimov qeyd edib ki, Azərbaycan 2015-2016-cı illərdəki iqtisadi böhranı uğurla aradan qaldırıb və inkişaf yoluna çıxıb. 2016-cı ildə həyata keçirilən islahatlar 2017-ci ilin birinci rübündə öz müsbət nəticələrini göstərib. İnvestisiya proqramları, o cümlədən infrastruktur layihələri icra olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə