Rüfət Aslanlı: "Məqsəd bankda olan problemləri az itkilərlə həll etməkdir"
"Dünyada tənzimləyicilər problemli banklara həftə sonu daxil olaraq oradan problemləri həftənin birinci gününə qədər həll edib çıxırlar. İnsanlar bank sitemində, ayrı-ayrı bankların daxili mətbəxini əksər hallarda hiss etəməməlidirlər. Çünki əks halda bu ajiotaja səbəb ola bilər". SİA-nın xəbərinə görə, Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurasının sədri parlamentdə çıxış edərkən deyib.
O bildirib ki, məqsəd bankda olan problemlərin əhalinin, müştərilərin az itkiləri ilə həll edilməsidir: "Problem istirahət gününə düşsə belə tənzimləyici həmin günlər çalışmağa borcludur".
Palatanın Direktorlar Şurası tərəfindən "Banklar haqqında" qanuna əsasən bankların sistem əhəmiyyətli meyarlarının təsdiq edildiyini deyən R. Aslanlı söyləyib ki, bu dünyada qəbul olunan praktikadır: " Bank nəzarəti üzrə baza komitəsi dəqiq ölçülə bilən meyarlar əsasında müəyyən edilir. Dünyada sistem əhəmiyyətli banklar əsasən dövlət vəsaiti hesabına sağlamlaşdırıldığı üçün biz "Banklar haqqında" qanunda təklif etmişik ki, bu meyarlar müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla nəzarət olunan tərəfindən müəyyən edilsin. Müvafiq icra hakimiyyəti dedikdə təbii ki, bu, Azərbaycan prezidenti tərəfindən müəyyən ediləcək. Biz bu qisimdə Maliyyə Nazirliyini təklif etmişik. Çünki, dövlət vəsaitləri Maliyyə Nazirliyi tərəfindən idarə olunur".
Maliyyə Bazarlarına Nəzarət Palatasına səlahiyyətlərin verilməsi ilə bağlı deputatların narazılıqlarına münasibət bildirən R. Aslanlı söyləyib ki, urada söhbət dövlətlə xüsusi eksklüziv biznes arasında münasibətlərdən gedir: "Bu biznesdə əhalinin biznesləri, müəyyən əlavə dövlətin vəsaitləri toplanır. Bu fəaliyyətlə məşğul olmaq üçün dünyada tənzimləmə rejimi var ki, bu da dövlət tərəfindən həyata keçirilir. Əgər MBNP hər hansı qanunsuz qərarlar qəbul edərsə, maliyyə nəzarəti orqanı maliyyə məsuliyyəti daşıyır".
"Körpü bankı"nın yaradılması ilə bağlı fikirlərini bildirən direktorlar şurasının sədri R. Aslanlı qeyd edib ki, bu bankların yaradılmasında məqsəd problemli bankların sağlam aktivlərinin qorunmasıdır: "2016-cı ildə "Bank Standarta" müvəqqəti nəzarətçi təyin etdik. O zaman həmin bankın müəyyən qədər sağlam, müəyyən qədər isə öhdəlikləri var idi. Lakin bu aktivlərə maraq göstərən banklar da var idi. O zamanki qanunvericilik bizə imkan vermədiyinə görə, bankın balansının sağlam hissəsini çıxarıb, problemlərin həlli ilə məşğul ola bilmədik və nəticədə də bu gün dvlət həmin bankın əmanətləri üzrə təxminən 435 milyon manat kompensassiyaya ödəməyə məcbur olub. Məhz bu cür faktlar ona görə yaranır ki, tənzimləyici problemli banka daxil olub orada qiymətləndirmə aparır. Bankın aktivlərinin sağlam hissəsi, öhədiliklləri xəstə institutunun ayrılaraq "Körpü banka" köçürür. Eyniz amanda tənzimləyici banka maraq göstərən investorların siyahısını hazırlayır. Bu gün bizdə bu siyahı var və hazırda Azərbaycan banklarında kimlərin sərmayə etməyə maraqlı olduğunu bilirik. Belə olan halda, investorlar bankların sağlam aktivlərini, öhdəliklərini almaqla ona sərmayə qoyur və bununla dayenə də bankın əmanətçiləri, bura vısait qoyulan bizneslər və dövlət vəsaitləri öz vəsaitlərindən rahat olur və onlar itmirlər. Bu dünyanın bir çox ölkələrində bu təcrübə tətbiq olunur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB