İtaliyanın Azərbaycandakı səfiri Campaolo Kutilyo ölkəsinin Latsio şəhər məhkəməsi tərəfindən TAP layihəsinin tikintisi üçün Ekologiya Nazirliyinin 221 zeytun ağacının köçürülməsi ilə bağlı qərarının ləğvinə münasibət bildirib. SİA-nın məlumatına görə, səfir jurnalistlərə açıqlamasında bildirib ki, İtaliya hökuməti bunun üzərində işləyir. Onun sözlərinə görə, hazırda İtaliya məhkəməsinə təqdim edilmiş bəzi inzibati məsələlər var: "Əminəm ki, bu məsələ həll olunacaq. TAP-la bağlı işlər artıq başlayıb və layihənin reallaşması davam edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB