Gəncə MDB-nin mədəniyyət mərkəzi elan olunub AÇIQLAMA

Gəncə MDB-nin mədəniyyət mərkəzi elan olunub AÇIQLAMA

Regionların sosial iqisadi inkişafı dövlət proqramı nəticəsində rayonlarımız öz intibah dövrünü yaşayır. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, dövlət proqramının icrası zamanı Gəncədə son on ildə görülən işlər daha çoxdur. Bu proqramlar nəticəsində regionların və Gəncənin siması dəyişdi, sosial rifah halı yüksəldildi. Bu hər bir Gəncədə yaşayan insanların ora gələn qonaqların əhval - ruhiyyəsini daha da gücləndirir. Regionlarda həmçinin, Gəncədə yeni iş yerlərinin açılması, zavodların tikilməsi, aliminium və qara metallurgiya sənayesinin, yüngül sənayenin inkişafa başlaması, Gəncənin elektirikləşdirilməsinin yeni bir mərhələsinin başlanması, su kanalizasiya sisteminin tam yenidən qurulması bu proqramların nəticəsidir. Hazırda Gəncənin kanalizasiya sisteminin tam yenidən qurulması üçün böyük bir layihə Almaniyanın qrantı əsasında başladı. Gəncəyə Ağsu çayından suyun gətirilməsi işi uğurla davam edir və Gəncədə minlərlə iş yeri açlıb və bu, davam edəcək. Nizami Gəncəvi adına muzey kompleksinin və mərkəzinin yenidən qurulması işi başa çatdı və bu irs Azərbaycan mədəniyyətini, xalqın varlığını dünyaya bildirmək üçün vacib addımlardan idi.

Musa Quliyev qeyd edib ki, Gəncə artıq beynəlxalq əhəmiyyətli şəhərə çevrilib: "Burada daimi beynəlxaq tədbirlər keçirilir və təsadüfü deyil ki, ötən il Gəncə Avropanın gənclər paytaxtı olub. Bu il isə Nizami yurdu MDB- nin mədəniyyət mərkəzi elan olunub. Avropanın ən böyük parklarından biri Gəncədə salınıb, Gəncə artıq öz intibah dövrünü yaşayır".

Bütün xəbərlər Facebook səhifəmizdə