Sədaqət Vəliyeva: "Bu il qeyri-neft sektorunun inkişafı və Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli il olacaq"
Bu gün Azərbaycanda qeyri-neft sektorunun inkişafı prioritet sahə hesab edilir. Bu sözləri SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib. Onun sözlərinə görə, dövlət sahibkarlara fasiləsiz köməklik edir, hətta cənab Prezident İlham Əliyev sahibkarlara siyasi dəstək göstərir, onlarla görüşür, problemlərinin həllinə çalışır. Bütün bunlar əlbəttə ki, Azərbaycanın neft və qaz amilindən asılı olmadan inkişafına nail olmaq üçün atılan məqsədyönlü addımlardır. Qeyri-neft sektorunun inkişafı üçün bu günə qədər iş adamlarına Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2 milyard manatdan çox güzəştli şərtlərlə kreditlər verilib. Bu kreditlər hesabına isə on minlərlə yeni iş yeri, minlərlə yeni müəssisələr yaradılıb. Təkcə 2016-cı ildə 2477 sahibkara 190 milyon manata yaxın kredit verilib. Verilən vəsaitin 63,1 faizi qaytarılan vəsaitlər hesabına həyata keçirilib. 2017-ci ildə yalnız geri qaytarılan vəsaitlər hesabına 150 milyon manatadək güzəştli kreditin verilməsi nəzərdə tutulur. Elə bunun nəticəsidir ki, 2017-ci ilin ilin ilk iki ayında qeyri-neft sənayesi 5 faiz artıb. Məhz, Ümumdünya İqtisadi Forumu da Azərbaycanın bu sahədəki fəaliyyətini yüksək qiymətləndirib. ÜİF-nin 2016-cı ildə tərtib etdiyi hesabatın subindikatorların tərkibinə əsasən, Azərbaycan sahibkarlığa başlamaq üçün prosedurlara görə 3-cü, sahibkarlığa başlamaq üçün tələb olunan vaxta görə 9-cu, qadınların əmək bazarında fəaliyyətinə görə 18-ci, makroiqtisadi mühitə görə 39-cu, investorların təhlükəsizliyi baxımından 36-cı, innovasiya fəaliyyətinə görə 44-cü yerdə qərarlaşıb. Eyni zamanda, Azərbaycan qlobal rəqabət qabiliyyətlilik hesabatında 37-ci pilləyə yüksəldilib.
Bütün bunlar bir daha onu göstərir ki, dünya bazarlarında neftin qiymətinin kəskin azalması fonunda neft ixracatçısı ölkəsi sayılan Azərbaycanın makroiqtisadi mühitində çətinliklər yaransa da, aparılan islahatlar nəticəsində sahibkarlıq mühitində və ticarətdə effektivliyin artırılması ölkə iqtisadiyyatına müsbət təsir edib".
"2017-ci il də qeyri-neft sektorunun inkişafı, ümumən isə Azərbaycan iqtisadiyyatı üçün əhəmiyyətli il olacaq" – deyən Sədaqət Vəliyeva əlavə edib ki, qeyri-neft sektorunda irimiqyaslı layihələrin reallaşdırılması gündəmdədir və bu məqsədlə sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir. Çünki, yeni sənaye obyektlərinin işə düşməsi nəticəsində minlərlə yeni iş yerləri açılacaq, ölkə iqtisadiyyatı inkişaf edəcək, işsizlik problemi aradan qalxacaq, insanların maddi rifah halı yüksələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB