"Rusiya sutkalıq hasilatı 200 min barel azaldıb"

"Rusiya sutkalıq hasilatı 200 min barel azaldıb"

Rusiya OPEC razılaşması çərçivəsində neft hasilatını sutka ərzində 200 min barel azaldıb. SİA TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib. O bildirib ki, Rusiya tədricən hasilatı azaldır: "Yanvar və fevral aylarında azalma surətli templə aparılıb. Mart ayında isə artıq sutkalıq hasilat 200 min barel azaldılıb. Aprel ayında bunun 300 min barel olacağını gözləyirik".

Qeyd edək ki, Rusiya OPEC razılaşması çərçivəsinə cari ilin yanvar ayından neft hasilatını azaltmağa başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə