Dolların manata nisbətən rəsmi kursu və ya banklardakı alış-satış məzənnəsi yüksəlirsə, o zaman deməli növbəti həftələrdə xarici valyutaların kursunun artacağı daha çox gözlənilir. Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, manatın indiki məzənnəsi bazar kursu deyil: "Bazar məzənnəsi alınanadək kurs fərqli istiqamətlərdə dəyişəcək. Manat bazasının məhdudlaşması, əhalinin bir qisminin dolların daha çox ucuzlaşacağından ehtiyatlanaraq öz valyutasını satması, eləcə də Beynəlxalq Bankın sağlamlaşdırılmasına və dollara olan tələbinin ödənilməsinə ayrıca baxıldığı üçün manat möhkəmlənir. Təbii ki, bu faktorlar olmasaydı, o zaman milli valyuta son ay yarımda möhkəmlənə bilməzdi".
Vüqar Bayramov qeyd edib ki, yenə də əvvəllər qeyd etdiyim kimi, martın sonu və apreldə dollara tələbin artacağı gözlənilir. Çünki infrastruktur xərcləmələri artacaq. Kursun necə olmasında isə yenə də manat bazası və eləcə də bazar təklifi həlledici olacaq. Bütövlükdə isə, iyun, avqust və dekabr aylarında dollara tələb yenidən artacaq. Xüsusən də, dekabr ayında tələbin daha çox artacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB