Azərbaycan şərabları "Prowein" Sərgisində təqdim olunacaq

Azərbaycan şərabları "Prowein" Sərgisində təqdim olunacaq

Azərbaycan məhsulları ilk dəfə olaraq "Made in Azerbaijan" vahid ölkə stendi ilə Almaniyanın Düsseldorf şəhərində keçiriləcək "Prowein" sərgisində nümayiş olunacaq. SİA xəbər verir ki, İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 19-21-də keçiriləcək "Prowein" sərgisində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin şərabları və spirtli içkiləri təqdim ediləcək.

Qeyd edək ki, İqtisadiyyat Nazirliyi tərəfindən Düsseldorfda keçiriləcək "Prowein" sərgisində iştirak edən şirkətlərin seçilməsi üçün müsabiqə keçirilib və 9 şirkət sərgidə iştirak hüququ qazanıb. "Prowein" sərgisində "Made in Azerbaijan" vahid ölkə stendinin təşkili xərcləri Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr tarixli Fərmanına uyğun olaraq, dövlət tərəfindən qarşılanır.

Bütün xəbərlər Facebook səhifəmizdə