Mərkəzi Bank depozit hərracı keçirəcək

Mərkəzi Bank depozit hərracı keçirəcək

Martın 17-də Azərbaycan Respublikasının Mərkəzi Bankı vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirəcək. Mərkəzi Bankın məlumatında deyilir ki, dolayı hərracda 200 milyon manat məbləğində vəsaitin cəlbi nəzərdə tutulur. Depozit hərracının müddəti 14 gündür. "Bloomberg" ticarət sistemində keçiriləcək hərrac üzrə faiz dərəcələri 12,01-14,99 faiz təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə