Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,04 dollar və ya 0,08% artaraq 52,65 dollar, Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,03 dollar və ya 0,03% artaraq 55,11 dollar olub.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı neft isə ücuzlaşıb. Belə ki, neftimizin 1 barelinin qiyməti 1,23 dollar və yaxud 2,14% azalaraq 56,29 dollara bərabər olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB