“Cənub Qaz Dəhlizi"nin icrasında yubanmaların olmaması üçün bütün addımları atacağıq”

“Cənub Qaz Dəhlizi"nin icrasında yubanmaların olmaması üçün bütün addımları atacağıq”

"Cənub Qaz Dəhlizi layihəsinin icrasında yubanmaların olmaması üçün Avropa Komissiyası olaraq əlimizdən gələni edəcəyik". SİA-nın məlumatına görə, bunu "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası çərçivəsində keçirilən mətbuat konfransında Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şevçoviç deyib.

Onun sözlərinə görə, layihənin icrasında ləngimələrin olmaması üçün İtaliya hökuməti icazələrin verilməsinin sürətləndirilməsi və prosedurun sadələşdirilməsi məqsədi ilə mövcud qaydalara dəyişikliklər edib. "Hazırda həm İtaliya hökumətində, həm də Avropa İttifaqının enerji təhlükəsizliyi komissiyasında bu regionlarda yaşayan insanlar üçün faydasını nəzərə alaraq gələcəkdə hər hansı baş verə biləcək yubanmaların, ləngimələrin və bununla bağlı mənfi təsirlərin qarşısını almaq üçün hazırda danışıqlar gedir. Buna görə də biz hal hazırda konstruktiv həll variantının tapılması üzərində çalışırıq. Mən hətta bununla bağlı konstruktiv cavab almışam. Bu məsələlərin həlli üçün həmin bölgələrə səfərim də nəzərdə tutulub. Avropa Komissiyası olaraq əlimizdən gələni edəcəyik ki, layihənin icrasında hər hansı bir yubanmalar baş verməsin. Bu istiqamətdə lazım olan bütün addımları atacağıq", - deyə M.Şevçoviç vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə