Mərkəzi Bankın qısamüddətli notlarının buraxılışı qeydiyyata alınıb
Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100553S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.
SİA-nın məlumatına görə, sözügedən notların tədavül müddəti 28 gündür.
Palata tərəfindən həmçinin fevralın 6-da AMB-nin hər birinin nominal dəyəri 100 manat olan 500 000 ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100653S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb. Bu notların tədavül müddəti 29 gündür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB