“Davos Forumu Azərbaycana investisya axının gücləndirəcək” RƏY
"Davos İqtisadi Forumu hər il keçirilir və bütün dünyada çox məşhurdur. Çünki dünya iqtisadiyyatının idarə edilməsində və yaranmış iqtisadi problemlərin aradan qaldırılmasında Davos forumunun işləyib hazırladığı təkliflər böyük rol oynayır". Bunu SİA-ya açıqlamasında politoloq Qabil Hüseynli deyib. O bildirib ki, bu forum dünyada böhranın dərinləşdiyi bir şəraitdə keçirlir: "Tədbirdə dünyanın müxtəlif ölkələrinin dövlət və hökumət başçıları, iri aparıcı şirkətlərin rəhbərləri iştirak edirlər. Azərbaycan Prezidenti mütamadi olaraq bu foruma qatılır. Ölkəmiz üçün bu iqtisadi tədbirin əhəmiyyəti böyükdür. Bizim məqsədimiz ölkəyə investisiya cəlb etməkdir. Azərbaycan ciddi islahatlar yoluna qədəm qoyub, qeyri-neft sektorunu inkişaf etdirmək niyyətindədir. Ölkəyə yeni texnologiya və investisiya cəlb edilməsi üçün sözsüz ki, müasir tutumlu istehsal sahələri lazımdır. Azərbaycan ağır sənayeni inkişaf etdirmək istəyir, bu istiqamətdə ilk addımlarını atmaqdadır. Bunun üçün iri maliyyə qoyuluşuna ehtiyac var. Eyni zamanda ağır sənayeni yarada biləcək şirkətlərin bu işə razılıq verməsi lazımdır". Politoloq deyib ki, ölkəmizdə artıq xarici investisiyaları cəlb edəcək şəraitin yaradılması üçün bank- maliyyə sistemində islaharlat aparılır, bankların səviyyəsi dünya standartları səviyyəsinə qaldırılır: "Bundan başqa, Azərbaycanda çox əıverişli investisya mühitinin yaradılmasına da cəhdlər göstərilir və ölkəmiz çalışır ki, investiya yatıran hər hansı bir investor gələcəkdə bunun bəhrəsini görə bilsin. Hesab edirəm ki, Davos Forumu bu kimi məsələlərdə böyük əhəmiyyət daşıyır. Azərbaycan bu tədbirə iri biznes layihələri, ciddi iqtisadi təkliflərlə gedib və bu təkliflərin diqqəti cəlb edəcəyini, ölkəmizə investisya axınının güclənəcəyini güman edirəm".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB