Türkiyədə hökm sürən əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq yanvarın 10-da "Türk Hava Yolları" İstanbul-Bakı-İstanbul aviareyslərini təxirə salıb. SİA-nın verdiyi məlumata görə, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun onlayn tablosunda bildirilib.
Təxirə salınan aviareyslər İstanbulun Atatürk hava limanından saat 01:50-də və 05:40-da yerinə yetirilməli olan və Bakıdan İstanbula saat 04:45-də və 07:50-də həyata keçirilməsi gözlənilən aviareyslər olub.
Qeyd edək ki, "Türk Hava Yolları" ümumilikdə bu günə olan 121 aviareysi təxirə salıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB