Dünya Turizm Təşkilatının (DTT) baş katibi Taleb Rufai "Beynəlxalq davamlı turizm ili" ilə əlaqədar ictimaiyyətə müraciət edib.
SİA DTT-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, müraciətdə BMT Baş Məclisinin 2017-ci ili dünyada "Beynəlxalq davamlı turizm ili" elan etməsinin təsadüfi olmadığı bildirilir. Qeyd edilir ki, turizm getdikcə daha çox və haqlı olaraq ən yaxşı dünyaya qədəm qoymağa kömək edən sektor kimi tanınır. 2017-ci il gələcək üçün turizmin töhfəsini təşviq etmək baxımından əlverişli imkandır. DTT, həmçinin turizmin davamlı inkişafda və 2030-cu ildən sonra rolunu müəyyənləşdirmək istəyir. Əlbəttə, turizm sektorunun formalaşmasına qədər mövcud olan bir çox problemlər qalmaqdadır. Taleb Rifai qeyd edir ki, o, bu nadir və faydalı sektorda bir məsələni hər zaman yadda saxlayacaq ki, bu da turizmin ümid sektoru olmasıdır. Turizm iqtisadiyyatın ən davamlı sektorlarından biri olmaqla yanaşı, həm də hər gün müxtəlif mədəniyyətlərdən, qitələrdən olan insanları bir araya gətirir. Səyahət vasitəsilə biz dözümlü, qayğıkeş olmaq kimi keyfiyyətlər qazanırıq ki, bu da qloballaşma dövründə çox vacibdir.
Müraciətin tam mətnini aşağıdakı linkdən oxumaq olar: http://www.tourism4development2017.org/news/the-year-ahead-harnessing-the-power-of-tourism-to-build-a-better-world/
Xatırladaq ki, "Beynəlxalq davamlı turizm ili"nin rəsmi açılışı yanvarın 18-də İspaniyanın Madrid şəhərində olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB