Manatın bugünki məzənnəsi

Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb. AMB-dən SİA-ya verilən məlumata görə, dolların məzənnəsi dekabrın 20-si ilə müqayisədə 0,3 faiz artaraq 1,7575 manat təşkil edib. Avro 0,39 faiz möhkəmlənərək 1,8300 manat olub. Rusiyanın milli valyutası rubl 1,06 faiz bahalaşaraq 0,0287 manata, Türkiyə lirəsinin məzənnəsi 0,46 faiz möhkəmlənərək 0,4982 manat təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə