“Vergi amnistisiyası” “maliyyə amnistiyası” ilə tamamlanmalıdır” MÜNASİBƏT
"Azərbaycanda vergi sistemi kifayət qədər təkmilləşməsinə, vergi dərəcələri aşağı düşməsinə baxmayaraq, onun fiskal funksiyası proiritet olaraq qalmaqdadır. Bu baxımdan "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" qanun layihəsini qəbul edilməsi verginin fiksal funskiyası ilə yanaşı, onun istiqamətləndirici və stimullaşdırıcı funksiyaklarınn da genişlənməsinə şərait yaradacaq". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Əli Məsimli deyib.
Onun sözlərinə görə, dünya vergi təcrübəsinə nəzər saldıqda vergi amnistiyasının müsbət nəticələrinin olduğunu görmək mümkündür: "Lakin nəzərə çarpacaq nəticələr görmək üçün bir neçə şərtin olması da vacibdir. Vergi borclarının həmin qanunvericilik sənədlərində göstərildiyi kimi silinməsi texniki xarakter daşıyır. Biz elə mexanimzlərin yaradılmasına çalışmalıyıq ki, bir neçə aydan sonra və ya ilin sonunda yeni vergi borcları yığılmasın. Bu baxımdan hesab edirəm ki, islahatları bu istiqamətdə davam etdirmək lazımdır".
Millət vəkili qeyd edib ki, vergi maliyyə amnistiyalarınd 3 ay müddətin qoyulması nadir hadisədir: "Yalnız sənədləşmə uzun müddət tələb edən prosesdir. Bu baxımdan düşünürəm ki proses 6 aya uyğunlaşdırılsa, daha məqsədə uyğun olar. Digər məsələ sənədin digər vacib sənədlərlə tamamlanmasıdır. Ümumilikdə sənədi yüksək qiymətləndirəm və düşünürəm ki qanun layihəsi gəlirlərin diklorasiyası haqqında indiyədək olan sənədlərin təkmilləşdirilməsi praktik qanunda ortaya çıxarılması və onun həyata keçirilməsi vergi borcları probleminin həllinə xeyli dərəcədə təsir göstərəcək".
Ə. Məsimli əlavə edib ki, vergi amnistisiyası bir çox ölkələrdə olduğu kimi maliyyə amnistiyası ilə tamamlanmalıdır: "Belə olan halda, burada xeyli dərəcədə əlavə imkanlar yarana, xüsusilə də indiki zamanda iqtisadiyyata maliyyə vəsaiti qoymaq nöqteyi nəzərindən mühüm əhəmiyyət kəsb edə bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB