Fransa Ədliyyə Məhkəməsi Kristin Laqarda qarşı məhkəmə iddiası qaldırıb
Fransa Ədliyyə Məhkəməsi Beynəlxalq Valyuta Fondunun (BVF) baş direktoru Kristin Laqarda qarşı məhkəmə iddiası irəli sürüb. K.Laqard 2008-ci ildə iqtisadiyyat naziri olduğu dövrdə "Bernard Tapi-Credit lyonnais" işində səhlənkarlığa yol verdiyinə görə ittiham edilib. "Lemonde.fr" saytı xəbər verir ki, daha öncə Prokurorluq K.Laqarda bəraət tələb edib. BVF-nin baş direktoru Vaşinqtonda xidməti ezamiyyətdə olduğu üçün məhkəmə qərarının oxunmasında iştirak etməyib. Məhkəmə isə K.Laqarda cəza verilməyəcəyini açıqlayıb.
K.Laqard "Bernard Tapi-Credit lyonnais" işində 400 milyon avroluq işə səhlənkarlıqla yanaşmaqda təqsirləndirilirdi. BVF-nin baş direktorunun 1 il həbs və 15 min avro cərimə cəzası alması gözlənilirdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB