Neftimiz bahalaşdı 55,11 dollar

Dünya birjalarında neftin qiymıətində ucuzlaşma qeydə alınıb. SİA-nın xəbərinə görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI neftinin qiyməti 1 barelə görə 0,41 dollar azalaraq 50,65 dollar təşkil edib. Londonun ICE qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,63 dollar azalaraq 53,31 dollar olub.

Azərbaycan nefti isə 3 dollardan artıq bahalaşıb. Belə ki, "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,47 dollar və ya 6,72% artaraq 55,11 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə