Milli Məclisin 5 komitəsi büdcə zərfini müzakirə edir

Milli Məclisin 5 komitəsi büdcə zərfini müzakirə edir

Bu gün Milli Məclisdə Azərbaycan Respublikasının 2017-ci il üzrə dövlət büdcə zərfini Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələlər, Elm və təhsil, Mədəniyyət komitələri müzakirə edir. SİA-nın xəbərinə görə, büdcə zərfinə "Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında", "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında" qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Qeyd edək ki, komitələrin iclasında plenar iclasa tövsiyə olunduğu təqdirdə, layihələrin dekabrın 6-da, 7-də və 8-də plenar iclasların müzakirəsinə çıxarılması gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə