BFB-də hərrac keçiriləcək

Noyabrın 15-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən SİA-ya bildiriblər ki, istiqrazların ümumi həcmi 19 milyon manat, bir istiqrazın nominal dəyəri 100 manat, tədavül müddəti 182 gün, ödəmə tarixi 2017-ci il mayın 16-dır.

Hərracda "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC anderrayter vəzifəsində çıxış edəcək. Hərrac zamanı qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20 faizdən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Bütün xəbərlər Facebook səhifəmizdə