Niyazi Rəhimov: "İxtiraçılarımız müxtəlif mexanizmlərindən faydalanırlar"

Niyazi Rəhimov: "İxtiraçılarımız müxtəlif mexanizmlərindən faydalanırlar"

"Dərman peraparatlarının istehsalı, ümumiyyətlə farmaseptika sahəsində əqli mülkiyyət hüuqlarının mühafizəsi çox böyük əhəmiyyət kəsb edir". Bunu jurnalistlərə açıqlamasında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Aparat rəhbərinin müavini Niyazi Rəhimov deyib.

O qeyd edib ki, farmaseptika sahəsində innovativlik və əqli mülkiyyət komponenti əsas yer tutur: "Bu sahədə dünyada müstəsna hüquqa sahib olan ixtiraçılar var. Yeni dərman pereparatlarının istehsal hüququnun əldə olunması, yeni texnologiyaların, dərman vasitələrinin ölkəmizdə istehsal olunmasını mümkün etmək üçün əqli mülkiyyət hüquqlarının Azərbaycanda necə qorunduğu barədə məlumatlılığın artırılması vacibdir. Yerli qanunvericliyimizin beynəlxalq qanunverciliyə uyğunlaşdırılması da mühüm əhəmiyyət kəsb edir. Ölkəmizdə farmaseptik məhsulların istehsalı planlaşdırılmadığına görə bu məsələ aktualdır".

N.Rəhimov yerli ixtiraçılarımızın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi vasitəsilə beynəlxalq təşkilatların müxtəlif mexanizmlərindən faydalandığını bildirib: "Onlar bunun üçün komitəyə müraciət edirlər və bizim qurum Ümumdünya Əqli Mülkiyyət Təşkilatı və ya Avrasiya Patent Təşkilatına müraciət etməklə yerli ixtiraçılarımızın müxtəlif mexanizmlərdən faydalanmağına imkan yaradır. İxtiraçılarımız və alimlərimzin beynəlxalq təşkilatların bir çox mexanizmlərindən faydalamaq imkanı var".

Bütün xəbərlər Facebook səhifəmizdə