Bölgələrə gedən qatarlarımız 100 km/saatla hərəkət edəcək AÇIQLAMA

Bölgələrə gedən qatarlarımız 100 km/saatla hərəkət edəcək AÇIQLAMA

"Azərbaycan Dəmir Yolları" QSC-nin vaqon təsərrüfatında 20-21 minə yaxın vaqon var. 3100 vaqonu isə yeni almışıq". SİA-nın məlumatına görə, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov dəmir yolu işçilərinin peşə bayramı günü ilə bağlı keçirilən tədbirdə deyib.

O qeyd edib ki, kifayət qədər vaqonlar olduğuna görə, "Azərbaycan Dəmir Yolları" QSC-nin artıq başqa dövlətlərə borcu qalmayıb. Sədr gələcəkdə voqon təsərrüfatının Vaqon Təmiri Zavodu ilə birləşdirilərək yeni bir təsərrüfata çevriləcəyini vurğulayıb.

C.Qurbanov lokomotiv təsərrüfatının 30 faizinin yeniləşdirildiyini qeyd edib : "8 yeni müasir elektrovoz, 10 teplovoz, 40-dək yeni motorlar alınıb. Prezident İlham Əliyevin təşəbbüsü ilə müqavilə imzalanıb və 300 mln kredit ayrılıb. Bu maliyyə vəsaiti ilə Qazaxstanda istehsal olunan 50-ə yaxın lokomotivlər almalıyıq. Onlardan 10-u sərnişindaşımaya veriləcək, 40-ı isə Qərb istiqamətində çalışacaq. Lokomotivlərin hamısı 3 il müddətində Azərbaycana gətiriləcək. Gələn ilin sonuna qədər lokomotiv təsərrüfatında 2 yeni deponun tikintisi həyata keçiriləcək. Onlardan 1-i Gəncədə, 1-i isə Bakıda inşa olunacaq. Bundan başqa, Böyük Şorda "Stadler" firması ilə aparılan danışıqlar əsasında yeni deponun tikintisi planlaşdırılır".

O, yol təsərrüfatı haqqında da danışıb: "Bu il 150-160 km yol tikilib. 2017-ilədə Gəncəyə çatmaq üçün sürəti artırmalıyıq. Yol ayrıcları dəyişdirilməli və yol tikintisi sürətlə davam etməlidir. Yolaltı tirlərin Azərbaycanda istehsalı çatmadığına görə hələ ki, taxtadan düzəlmiş tirlərlə əvəzləyirik ki, qatarlarımız 100 km/saatla hərkət edə bilsinlər".

Bütün xəbərlər Facebook səhifəmizdə