Millət vəkili: "Prezidentin də söylədiyi kimi, bank sektoru şəffaf olmalıdır" AÇIQLAMA

Millət vəkili: "Prezidentin də söylədiyi kimi, bank sektoru şəffaf olmalıdır" AÇIQLAMA

"Prezident İlham Əliyev Nazirlər Kabinetinin ötən həftə keçirilən iclasında bir sıra ciddi məsələlərə toxundu. Ölkə başçısının nümayiş etdirmədikləri ilə bağlı ciddi iradlar bildirməsi həmin dövlətlərə bir mesaj idi. Azərbaycan Prezidenti oradakı nitqi ilə bir daha müstəqil siyasət apardığını təsdiqlədi". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Vahid Əhmədov deyib.

Azərbaycanda aparılan iqtisadi islahatların dünyanın aparıcı mərkəzləri tərəfindən yüksək qiymətləndirildiyini deyən millət vəkili söyləyib ki, dövlət başçısı Nazirlər Kabinetinin iclasındakı nitqində ölkəmizdə həyata keçirilən iqtisadi islahatların nəticələri ilə bağlı danışıb: "Cari ilin 9 ayında Azərbaycan iqtisadiyyatının inkişafına nəzər saldıqda orada artımların olduğunu görürük. Kənd təsərrüfatı, sənaye sahəsində müəyyən problemlərin olmasına baxmayaraq, orada aparılan islahatlar nəticəsində bu sahələrdə artım olub. Sön dövrlərdə də ölkə başçısı tərəfindən imzalanan fərman və sərəncamlar bu islahatların davamlı olacağını göstərir. Bundan əlavə, ötən ay ölkəmizdə Referendum keçirildi və nəticələr təsdiq edildikdən sonra yaxın zamanda Azərbaycanda ciddi iqtisadi, siyasi və digər islahatlara start veriləcək. Azərbaycan prezidenti Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bu məsələlərə bir daha toxunaraq öz mövqeyini bildirdi. Bundan əlavə, ölkə başçısı nitqində qiymət siyasəti məsələsinə də toxundu. Dövlət rəhbəri çıxışı ilə vəziyyətdən istifadə edib süni qiymət artıranlara mesaj vermiş oldu. Prezident də çıxışında bildirdi ki, bu sahədə hələ görəcəyimiz işlər çoxdur".

Bank sistemi ilə bağlı hələ də problemlərin mövcud olduğunu deyən V. Əhmədov vurğulayıb ki, Azərbaycan Prezidenti hər zaman olduğu kimi, budəfəki iclasda da bu məsələyə xüsusi toxunub: "Hazırda bank sisteminin sağlamlaşdırılması, Azərbaycan cəmiyyəti və iqtisadiyyatı üçün ən əhəmiyyətli məsələlərdən biridir. Bununla əlaqədar bizim tərəfimizdən müəyyən təkliflər verilib, bankların diaqnostikası aparılsa da, hələ də bu sahədə ciddi problemlər qalır. Bu baxımdan dövlət başçısı çıxışında bildirdi ki, bank sektorunda islahatlar aparılmalı, konsolidasiya davam etməli, bu sektor şəffaf olmalı və ən yüksək standartlara cavab verməlidir. Bundan əlavə Prezidentimiz Sumqayıt Kimya Sənaye Parkının işə düşməsi nəticəsində minlərlə yeni iş yerinin açılması, eləcə də Neftçalada İran tərəfi ilə avtomobil zavodunun tikintisi ilə bağlı məsələləri də qeyd etdi. Onlarla bağlı iş gedir, yəqin ki, gələn il həmin müəssisələr fəaliyyətə başlayacaq. Biz bu yaxınlarda parlament üzvü olaraq Ələt qəsəbəsində sərbəst iqtisadi zonanın yaradılmasının şahidi olduq. Orada çox böyük işlər görülür. Ölkə başçısının da söylədiyi kimi, 2018-ci ilin sonlarında orada 200 min əhalisi olan şəhər yaradılacaq. Bundan başqa hazırda yol xəritəsi ilə bağlı işlər sona çatmaq üzrədir. Bütün bu məsələlər həmin xəritədə öz əksini tapacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə