Azərbaycan OPEC-in Konqresinə dəvət alıb

Azərbaycan OPEC-in Konqresinə dəvət alıb

Oktyabrın 9-13-də İstanbulda işə başlayacaq XXIII Dünya Enerji Konqresi çərçivəsində Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv ölkələrin nümayəndələrinin qeyri-rəsmi görüşündə Azərbaycanın energetika naziri Natiq Əliyev də iştirak edəcək.

Energetika Nazirliyindən bildirilib ki, OPEC-in baş katibi Məhəmməd Barkindonun Azərbaycanın energetika naziri N.Əliyevə göndərdiyi dəvət məktubunda Əlcəzair, Səudiyyə Ərəbistanı, Qatar, Küveyt, Qabon, Birləşmiş Ərəb Əmirlikləri, Venesuela və Rusiyanın energetika nazirlərinin məsləhətləşmələr aparmaq məqsədilə qeyri-rəsmi formatda görüşəcəkləri qeyd olunub. Həmçinin bildirilib ki, kartelə üzv olmayan ölkələrin - Azərbaycan, Braziliya, Qazaxıstan, Meksika və Oman kimi ölkələrin nazirləri ilə də məsləhətləşmələr aparılacaq.

Neft hasilatının məhdudlaşdırılmasına dair müzakirələrin aparılacağı bu görüşün oktyabrın 12-də keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə